![](https://teleqraf.az/storage/2018/09/08/715x378/ricard.jpg)
BAKI, 8 fevral. TELEQRAF
Amerikalı aktyor Riçard Gir ABŞ Prezidenti Donald Trampın siyasətini sərt tənqid edib.
Teleqraf xəbər verir ki, Hollivud ulduzu ispan kinosunun nüfuzlu mükafatlarından sayılan “Goya”nı almaq üçün Qranadaya gəlib və mərasimdən öncə jurnalistlərin suallarını cavablandırıb.
R.Gir bildirib ki, xalqın Donald Trampa səs verməsi ona pis təsir edib: "Bu düşündüyümdən də pis oldu, şok keçirdim. Düşünürəm ki, onun etdikləri seçki kampaniyasında vəd etdiklərindən qat-qat pisdir. Hər kəs risk altındadır. Trampın əhatəsində olduğu milyarderlər, xüsusilə ciddi təhlükə yaradırlar. Trampla dünya təhlükədədir".
2024-cü ilin oktyabr ayından həyat yoldaşı Alejandra Silva ilə İspaniyanın paytaxtı Madriddə yaşayan Gir buradakı yeni həyatından çox məmnun olduğunu da diqqətə çatdırıb.