![](https://teleqraf.az/storage/2025/02/07/715x378/2023-02-08t001404z_869380232_rc2n6z9m1xis_rtrmadp_3_canada-politics-health-pic_32ratio_900x600-900x600-83619_(1).jpg)
BAKI, 7 fevral. TELEQRAF
Kanadanın Baş naziri Castin Trüdo ABŞ Prezidenti Donald Trampın Kanadanın 51-ci ştat olması ilə bağlı açıqlamalarını zarafat hesab etmir və ölkənin suverenliyinə real təhlükə kimi qəbul edir.
Teleqraf xəbər verir ki, bu barədə "CTV" telekanalı məlumat yayıb.
O hesab edir ki, Trampın Kanadanı 51-ci ştat etmək təhlükəsi “realdır”. Trüdonun sözlərinə görə, bu, Trampın Kanadanın ən mühüm mineral ehtiyatlarına çıxış əldə etmək istəyi ilə bağlıdır.