BAKI, 7 fevral. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp gələn həftə bir sıra ölkələrdən gələn mallara gömrük rüsumları tətbiq edəcəyini bildirib.

Teleqraf xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb .

Qeyd olunur ki, Tramp Ağ Evdə Yaponiyanın Baş naziri Şiqeru İşiba ilə görüşdən öncə jurnalistlərə tariflər tətbiq etmək niyyətini açıqlayıb.

Amma Tramp rüsumların hansı ölkələrə və hansı mallara tətbiq ediləcəyini açıqlamayıb. Ehtimal olunur ki, söhbət avtomobil tədarükünə gömrük rüsumlarının tətbiq edilməsinin mümkünlüyündən gedir.