![](https://teleqraf.az/storage/2025/02/07/715x378/international_criminal_court_building_(2019)_in_the_hague_01_(cropped).jpg)
BAKI, 7 fevral, TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) sanksiya tətbiq edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf xəbər verir ki, Ağ Ev lideri məhkəməni Amerika və onun yaxın müttəfiqi İsraili hədəf alan qeyri-qanuni və əsassız hərəkətlərdə günahlandırıb.
Yeni qərar ABŞ vətəndaşları və ya müttəfiqləri ilə bağlı araşdırmalara kömək edən şəxslərə və onların ailələrinə maliyyə sanksiyaları və viza məhdudiyyətlərinin tətbiqini nəzərdə tutur.
Xatırladaq ki, Tramp ilk prezidentlik dövründə də BCM-yə sanksiya tətbiq etmək qərarına gəlib.
Sanksiyalar 2020-ci ilin iyulunda Beynəlxalq Cinayət Məhkəməsinin ABŞ qüvvələrinin Əfqanıstanda hərbi cinayətlər törətmədiyini araşdırdıqdan sonra tətbiq olunub.
Həmin vaxt Tramp administrasiyası BCM-ni ABŞ-nin milli suverenliyini pozmaqda ittiham edib və bu istintaqda məhkəməni dəstəkləyən hər kəsi “riskli sanksiyalarla” hədələyib.
Beynəlxalq Cinayət Məhkəməsinə də həmin vaxt bəyanatla çıxış edərək məhkəmənin müstəqilliyinə və qərəzsizliyinə xələl gətirmək cəhdlərindən təəssüfləndiyini bildirib.