BAKI, 7 fevral. TELEQRAF

Ağ Ev səhiyyə departamentinin minlərlə əməkdaşını işdən çıxarmaq planı üzərində işləyir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazır.

Mənbənin bildirdiyinə görə, Qida və dərmanlara nəzarət idarəsi, Xəstəliklərə nəzarət və onların qarşısının alınması mərkəzi və digər səhiyyə agentlikləri işçilərinin müəyyən faizini ixtisar etməlidirlər.

WSJ yazır: "Məmurlara şöbədə işdə qalması vacib olan və olmayan işçilərin siyahılarını hazırlamaq əmri verilib".

Nəşrin məlumatına görə, fərman gələn həftəyədək imzalana bilər. Lakin Ağ Evin bu planı ləğv etməsi də mümkündür.