BAKI, 6 fevral. TELEQRAF

ABŞ-nin Hökumət Səmərəliliyi Departamentinin rəhbəri İlon Maskın "Green Card" sahibi Türkiyə vətəndaşını işə götürmək cəhdi uğursuzluqla nəticələnib.

Teleqraf xəbər verir ki, bu barədə "The Atlantic" nəşri məlumat yayıb.

Maskın bu istəyinin qarşısını alan Trampın müşavirləri olub.

Bu cavabın Amerikada immiqrantların ölkədən çıxarılması və hökumətin qeyri-amerikan işçi qüvvəsini azaltmaq səylərinin müzakirə olunduğu bir vaxtda daha da çaşqınlığa səbəb olacağı bildirilib.

Qeyd edək ki, İlon Mask Donald Tramp ABŞ prezidenti seçildikdən sonra onun ən yaxın müttəfiqlərindən biri kimi siyasi bəyanatlarla çıxış edir.

Bununla belə, Tramp son həftələrdə Maskın ABŞ administrasiyasına təsirini məhdudlaşdırmağa yönəlmiş bəyanatlar verir: "İlon bizim razılığımız olmadan heç nə edə bilməz və etməyəcək".