BAKI, 2 aprel. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Misir Prezidenti Əbdülfəttah əs-Sisini ölkəsinə səfərə dəvət edib.
Teleqraf xəbər verir ki, bu barədə o, Kremldə Misir xarici işlər naziri Bədr Əbdül Ata ilə görüşündə bildirib.
“Qeyd etmək istərdim ki, bu ilin oktyabr ayında növbəti Rusiya-Afrika sammiti planlaşdırırıq. Ümid edirik ki, Misir yüksək səviyyəli nümayəndə heyəti ilə təmsil olunacaq. Əgər Misir Prezidenti vaxt taparsa, onu Moskvada görməyə şad olarıq”, - Putin vurğulayıb.