BAKI, 28 noyabr. TELEQRAF

“Bir əməliyyat deyil, qarşıda bir neçə əməliyyat var, bunlar baş verəcək”.

Teleqraf xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı Şəhram İrani ABŞ-nin dəniz mühasirəsini yarmaq üçün “Mirvari” əməliyyatına bənzər hərbi kampaniyanın keçirilməsi ehtimalı ilə bağlı suala cavab verərkən deyib.

O qeyd edib ki, bu əməliyyatların əsas məqsədi təkcə mühasirəsini yarmaq deyil, həm də amerikalıları bütün Qərbi Asiya regionundan qovmaqdır:

“Hind okeanı akvatoriyasını da tərk etməlidirlər. Əslində onlar bizi yox, özlərini mühasirəyə alıblar. Biz sadəcə bəyan etmişik ki, bura xüsusi qanunların tətbiq olunduğu məhdud su hövzəsidir. Təxribatlarınızı dayandırıb buradan gedin ki, digərləri də rahat yaşasınlar. Bölgədə sabitliyi pozan sizsiniz”.