NAXÇIVAN, 25 noyabr. TELEQRAF

Naxçıvanda 55 yaşlı kişi küçədə ölüb.

Teleqraf-ın Naxçıvan bürosu xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Əliqulu Qəmküsar küçəsində baş verib.

1971-ci il təvəllüdlü Kərimov Məmməd Nurəli oğlu yolda qəfildən həyatını itirib. İlkin məlumata görə, 1-ci qrup əlil olan 55 yaşlı kişinin ürək tutmasından vəfat edib.

Faktla bağlı araşdırma aparılır.