BAKI, 25 noyabr. TELEQRAF

“Ermənistan Rusiya ilə münasibətləri kəsmək və ya ikitərəfli əlaqələrdə böhran yaratmaq niyyətində deyil”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan deyub.

“Əvvəllər də bəyan edildiyi kimi, gündəliyimiz Ermənistan və Rusiya arasında son dövrlərdə münasibətlərdə yaranmış problemlərə yenidən baxmaqdan ibarətdir. Bu proses münasibətlərin sağlamlaşdırılmasına və gələcək inkişafına yönəlib. Dəfələrlə qeyd edildiyi kimi, bizim Rusiya ilə əlaqələri kəsmək, münasibətlərdə böhran yaratmaq və ya körpüləri yandırmaq niyyətimiz yoxdur”, - o bildirib.