BAKI, 25 noyabr. TELEQRAF
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Bosniya və Herseqovina ilə Surinam Respublikasını Müstəqillik Günü münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, bu barədə nazirliyin "X" sosial media hesabında paylaşımlar edilib.
"Bosniya və Herseqovinanın Müstəqillik Günü münasibətilə bu ölkənin xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Müstəqillik Gününüz mübarək!", - paylaşımların birində qeyd olunub.
Digər paylaşımda isə Surinam Respublikasının xalqına və hökumətinə təbrik ünvanlanıb:
"Surinam Respublikasının Müstəqillik Günü münasibətilə bu ölkənin xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik! Müstəqillik Gününüz mübarək!"