BAKI, 24 sentyabr. TELEQRAF
Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının binası və yardımçı korpuslarının təmiri məqsədilə 10,7 milyon manat vəsait ayrılması nəzərdə tutulub.
Teleqraf xəbər verir ki, bununla bağlı İnnovasiya və Təchizat Mərkəzi açıq tender elan edib.
Layihə çərçivəsində qalib şirkət xəstəxananın binası və yardımçı korpuslarının əsaslı təmiri və yenidənqurması, eyni zamanda həyətyanı sahəsinin abadlıq-quruculuq işlərini görəcək.
Tenderlər üzrə təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi noyabrın 11-nə təyin edilib.