BAKI, 23 sentyabr. TELEQRAF

“Ərəb ölkələri İrana kompensasiyanın ödənilməsi ilə infrastrukturlarının məhv edilməsi arasında seçim etməlidir”.

Teleqraf xəbər verir ki, bu barədə İran ali rəhbərinə bağlı “Keyhan” qəzeti yazıb.

“Bu gün zərər görmüş sənaye avadanlıqlarının bərpası və valyuta, dərman, bəzi kənd təsərrüfatı materialları və istehsal vasitələri ilə bağlı çatışmazlıqlar ABŞ ilə yanaşı, ərəb ölkələri tərəfindən də kompensasiya edilməlidir. ABŞ və ərəb ölkələri iqtisadi maraqlarının və infrastrukturlarının məhv olması ilə İranın çatışmazlıqlarının aradan qalıdırılması, təzminat ödənilməsi və itkilərinin kompensasiya edilməsi arasında seçim etməlidir.

Düşmən, o cümlədən Donald Trampı İrana hücuma təhrik edənlər atılan addımlar nəticəsində yaranmış iqtisadi zərəri kompensasiya etməlidir; əks halda, ali rəhbərin (Müctəba Xamenei) vurğuladığı kimi, İran xalqının haqqını hərbi güc yolu ilə alacağıq”, - nəşr bildirib.

“Keyhan” qeyd edib ki, öz ərazisini başqa ölkənin və ya silahlı qrupun üçüncü ölkəyə (İrana) hərbi təcavüz etmək məqsədilə istifadəsinə verən hər bir ölkə həmin təcavüzdə iştirak etmiş sayılır: “Buna görə də Fars (Bəsrə) körfəzi sahilində yerləşən ölkələr İrana dəymiş zərərlərə görə birbaşa məsuliyyət daşıyırlar və ali rəhbərin göstərişinə uyğun olaraq, bu ölkələrdən müharibə təzminatları alınmalıdır”.