BAKI, 22 sentyabr. TELEQRAF

“İran ordusu ballistik raketlərlə nəhəng gəmiləri hədəfə ala biləcək qabiliyyətə və imkanlara malikdir”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) baş komandanının müavini Mustafa İzadi deyib.

“Region ölkələrinə mesajımız budur: bölgənin təhlükəsizliyini birlikdə təmin etməliyik. Çünki özləri də gördülər ki, 12 ölkədəki çoxsaylı düşmən (ABŞ) hərbi bazaları heç bir nəticə vermədi”, - SEPAH nümayəndəsi bildirib.