BAKI, 24 sentyabr. TELEQRAF
Avropa İttifaqı (Aİ) Şurası Rusiya tərəfindən tətbiq edilmiş ticarət məhdudiyyətlərindən sonra Ermənistan iqtisadiyyatına dəstək məqsədilə Ermənistan məhsulları üçün ticarətin müvəqqəti liberallaşdırılması tədbirlərinin müəyyən edilməsini nəzərdə tutan qaydanı rəsmi olaraq təsdiqləyib.
Teleqraf xəbər verir ki, bu barədə Aİ Şurasının rəsmi saytında bildirilib.
Güzəştli rejim çərçivəsində Ermənistanın Avropa İttifaqına ixracının təxminən 80 faizi liberallaşdırılacaq. Bu, Ermənistandan Aİ-yə idxal olunan bir çox məhsula, o cümlədən bəzi kənd təsərrüfatı məhsullarına tətbiq edilən gömrük rüsumlarının ləğvini nəzərdə tutur. Tədbirlər qayda qüvvəyə mindikdən sonra iki il müddətində tətbiq olunacaq.
Avropa Şurası bildirib ki, bu, Rusiya tərəfindən tətbiq edilən ticarət məhdudiyyətlərinin Ermənistanın ixracına və tranzit yollarına mane olmasından sonra Ermənistana dəstək məqsədi daşıyır.