BAKI, 24 sentyabr. TELEQRAF
“Rusiya Gümrüdəki 102-ci hərbi bazasını çıxarmaq istəsə, bu, Ermənistan buna etiraz etməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.
O bildirib ki, Ermənistan heç vaxt Rusiya hərbi bazasının çıxarılması məsələsini qaldırmayıb, bunu Moskva edib.
“Biz belə bir məsələni müzakirə etmirik və müzakirə etməmişik. Əgər istəyirlərsə, gedə bilərlər, istəyirlərsə, qala bilərlər. Bu, onların gündəliyidir, bu məsələni Rusiya Prezidenti (Vladimir Putin) qaldırıb. Güman edirəm, onların hansısa təklifi var və ya bəlkə də çıxmaq istəyirlər. Bu da bizim üçün məqbul variantdır. Rusiya tərəfi deyə bilər ki, bu, mənə baha başa gəlir, gəlin bunu birlikdə edək, yaxud deyə bilər ki, mən çıxarmaq istəyirəm, ya da mən ödəməyə hazıram, amma müqaviləni bir az da uzadaq. Bu müzakirələrin istənilən nəticəsi (bazanın çıxarılması da daxil) bizim üçün məqbuldur”, - Simonyan əlavə edib.