BAKI, 24 sentyabr. TELEQRAF

“Ermənistan 30 ildən çox münaqişə şəraitində yaşayıb, indi isə istəsən də, istəməsən də Rusiya ilə münasibətlər əvvəlki kimi ola bilməz. Çünki Ermənistanın artıq Azərbaycanla münaqişəsi yoxdur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan deyib.

“Üçüncü oyunçu və siyasi bədəl anlayışları dəyişib, bazarlar iqtisadi baxımdan dəyişib, çünki yollar dəyişib, Orta Dəhliz ideyası ortaya çıxıb və həyata keçirilir, kommunikasiyalar açılır, Ermənistan Azərbaycandan alışlar edir. Rusiyada da çox şey dəyişib, bəli, onun alış istiqamətləri Çin, Şimali Koreyaya doğru yönəlib, Avropa bazarları artıq bağlanıb. Bunun iqtisadi münasibətlərdə heç nəyi dəyişməməsi mümkün deyil”, - o bildirib.