BAKI, 22 sentyabr. TELEQRAF

“İranla münaqişə uzun çəkəcək, amma intensivliyi dəyişəcək”.

Teleqraf xəbər verir ki, bunu BƏƏ prezidentinin diplomatik məsələlər üzrə müşaviri Ənvər Qarqaş deyib.

“Mən uzunmüddətli münaqişə görürəm, amma onun hazırda gördüyümüz tempdə davam edəcəyini düşünmürəm. Çünki fevralın son günündən mart ayı və sonrakı dövrə qədər münaqişənin dinamikasına baxsaq, tempin dəyişdiyini, amma davam etdiyini görərik”, - o bildirib.

Qarqaş əlavə edib ki, münaqişənin hazırkı forması onun qarşısını almaq səylərinin uğursuzluğunun” nəticəsidir. ABŞ-nin İrana qarşı hərbi əməliyyatlarının başlamasından sonra münaqişənin yayıldığını və regionda daha genişmiqyaslı müharibəyə çevrildiyini qeyd edən müşavir vurğulayıb:

“Bu, davam edəcək münaqişədir və onun mütləq indiki kimi görünməsi şərt deyil”.