BAKI, 24 sentyabr. TELEQRAF

Ermənistan Baş naziri Nikol Paşinyanın Rusiyaya səfərinin dəqiq tarixi hələ müəyyənləşməsə də, səfərin yaxın gələcəkdə baş tutması ilə bağlı razılaşma var.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

D.Peskov qeyd edib ki, Ermənistanın başqa standartlara (Avropa İttifaqına) keçidi Avrasiya İqtisadi İttifaqının (Aİİ) normalarına zidd ola bilər: "Fərqli standartlara keçid Aİİ normalarına uyğun gəlməyəcək. Biz məhz bunu nəzərdə tuturuq".

Kremlin nümayəndəsi əlavə edib ki, Ermənistan bu ziddiyyətləri nəzərə alaraq, Avropa İttifaqı və Avrasiya İqtisadi İttifaqı arasında seçim etməlidir.