BAKI, 24 sentyabr. TELEQRAF
Formula 1 üzrə Azərbaycan Qran-prisinə start verilib.
Teleqraf xəbər verir ki, Qran-prinin ilk sərbəst yürüşü saat 12:30-da başlayıb.
Yürüşdə hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparır.
Pilotlar bir saat ərzində uzunluğu 6 kilometr olan Bakı Şəhər Halqasında dövrələr vuracaqlar.
Qeyd edək ki, Bakıda keçirilən Qran-pri sentyabrın 26-da başa çatacaq.