BAKI, 22 sentyabr. TELEQRAF
ABŞ İranın şərtləri ilə razılaşsa, Tehran yeddi gün ərzində Hörmüz boğazını nəqliyyatın hərəkəti üçün açmağa hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə İran hökumətinin rəsmisi Yaponiyanın “Kyodo” informasiya agentliyinə bildirib.
Rəsmi Tehranın mövqeyinin artıq Vaşinqtona çatdırıldığını vurğulayıb: “Tehranın şərtləri digər məsələlərlə yanaşı, ABŞ-nin İran limanlarına qarşı blokadasının ləğvini də əhatə edir”.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezayi bundan əvvəl bildirib ki, Tehranın müharibənin dayandırılması şərtlərini Qətər vasitəsilə ABŞ-yə çatdırıb və Prezident Donald Trampdan cavab gözləyir. Rezayinin sözlərinə görə, İranın şərtləri müharibənin bütün cəbhələrdə dayandırılmasını, dondurulmuş İran aktivlərinin azad edilməsini və blokadanın qaldırılmasını əhatə edir.