BAKI, 24 sentyabr. TELEQRAF

Ağcabədi rayonunda kişi həyat yoldaşını bıçaqlayıb.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə rayonun Qaradolaq kəndində baş verib.

Kənd sakini Məhəmmədəli Cəfərov ailə münaqişəsi zəminində həyat yoldaşı Səbinə Cəfərovanı bıçaqlayıb.

O, Ağcəbədi rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Ağcəbədi rayon Polis Şöbəsində araşdırma aparılır.