BAKI, 24 sentyabr. TELEQRAF

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisində birinci sıralama turu başa çatıb.

Teleqraf xəbər verir ki, ilk pilləni “Rodin Motorsport” komandasının pilotu Aleks Dann tutub.

Onun komanda yoldaşı Martinius Stenşorne ikinci, “Campos Racing” komandasından Noel Leon isə üçüncü yeri tutub.

***
14:00

Bakıda keçirilən Formula 2 üzrə Azərbaycan Qran-prisində sıralanma turları başlayıb.

Teleqraf xəbər verir ki, ilk sıralanma turu saat 14:00-da start götürüb.

Növbəti sıralanma turu isə saat 14:30-da keçiriləcək.

Sıralanma turlarının yekununda sprint və əsas yarış üçün start mövqeləri müəyyənləşəcək.