BAKI, 22 sentyabr. TELEQRAF
“İraq hökuməti 2027-ci ilin iyun ayına qədər ölkədə fəaliyyət göstərən bütün silahlı qrupları tamamilə tərksilah etməyi planlaşdırır”.
Teleqraf xəbər verir ki, bunu İraq Baş naziri Əli əl-Zeydi “The New York Times” (NYT) qəzetinə verdiyi müsahibədə deyib.
Baş nazir hökumətin silahlı qrupları nəzarətə götürmək və onları dövlət strukturlarına inteqrasiya etmək niyyətində olduğunu bildirib. O qeyd edib ki, göstərilən müddət bitdikdən sonra müstəqil fəaliyyətini davam etdirən istənilən birləşmə qanunsuz elan ediləcək.
Əl-Zeydi vurğulayıb ki, proses silahlı qrupların hücumlardan çəkinməyə dair öhdəlik götürdüyü 90 günlük müddətlə başlamalıdır. Bundan sonra silahların təhvil verilməsinə keçmək planlaşdırılır və bu proses 2027-ci il iyunun 30-dək başa çatmalıdır.
“Hərçənd qrupların özləri tərksilah müddətini 2027-ci ilin sonuna qədər uzatmaqda israr edirlər”, - İraq lideri əlavə edib.