BAKI, 24 sentyabr. TELEQRAF

Tacikistan öz hava məkanını İran şirkətləri üçün bağlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "ParsToday" məlumat yayıb.

Qərar səbəbindən "Varesh Airlines" aviaşirkətinin Tehrandan Düşənbəyə uçan təyyarəsi havada geri qayıtmağa məcbur olub.

Uçuş icazəsinin ləğvindən sonra təyyarə Tehranın İmam Xomeyni adına hava limanına eniş edib.