BAKI, 13 sentyabr. TELEQRAF

Hörmüz boğazının açılması üçün ABŞ İslamabad memorandumundakı öhdəliklərinə qayıtmalıdır.

Teleqraf xəbər verir ki, bu barədə İranın Xarici İşlər naziri Abbas Əraqçi "Al Araby Al Jadeed" telekanalına müsahibəsində bildirib.

Nazir sabah Omanda keçiriləcək iclasın əsas gündəliyinin Hörmüz boğazında yeni dəniz marşrutunun müəyyənləşdirilməsi olduğunu diqqətə çatdırıb:

"Oman ilə əldə olunmuş razılaşmanın təfərrüatlarını və yeni marşrutla bağlı xəritələri tədbirdə iştirak edən ölkələrin diqqətinə çatdıracağıq. Lakin Oman Sultanlığı ilə əldə edilən razılaşma hiç bir halda Hörmüz boğazının açılması demək deyildir".

Əraqçı vurğulayıb ki, İran regionda təhlükəsizlik və sabitliyin təmin edilməsi məsuliyyətinin yalnız bölgə ölkələrinin üzərinə düşdüyünə inanır. O, aparılan danışıqların regional dövlətləri maraqlandıran digər məsələlər üzrə gələcək məsləhətləşmələrə zəmin yaradacağına ümid etdiyini bildirib.