BAKI, 12 sentyabr. TELEQRAF
Bəhreyn Krallığı Hörmüz boğazındakı böhranlı vəziyyətlə bağlı keçiriləcək regional nazirlər görüşündə iştirak etməyəcəyini və iki ölkə arasında rəsmi diplomatik əlaqələr bərpa olunmayana qədər İranla eyni masaya əyləşməyəcəyini rəsmən elan edib.
Teleqraf xəbər verir ki, bu barədə Bəhreyn Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.
Qeyd edək ki, sentyabrın 14-də Omanda Fars körfəzi ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə kritik iclas planlaşdırılıb. İran XİN-in rəsmi nümayəndəsi İsmail Baqai rəsmi Tehranın bu görüşə qatılacağını artıq təsdiqləyib. İclasda Hörmüz boğazında kommersiya gəmilərinin təhlükəsiz hərəkət marşrutlarının müəyyənləşdirilməsi müzakirə edilməli idi, lakin Bəhreynin bu boykot qərarı Körfəzdə yeni bir diplomatik xaos yaradıb.