BAKI, 11 sentyabr. TELEQRAF
Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman sentyabrın 10-da ABŞ Prezidenti Donald Trampa zəng edərək, iki dəfə ondan “Ənsarallah” Hərəkatının (husilər) Yəməndəki mövqelərinə zərbə endirməsini istəyib.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
Portalın məlumatına görə, vəliəhd şahzadə husilərin münaqişəni genişləndirməsi fonunda Trampa müraciət edib. ABŞ Prezidenti Səudiyyə Ərəbistanına birbaşa hərbi yardımdan imtina edərək bildirib ki, hazırda Vaşinqtonun prioriteti İranla qarşıdurma və Hörmüz boğazını açmaqdır.
Bu arada, Pentaqon gərginlik fonunda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperi məsləhətləşmələr üçün Səudiyyə Ərəbistanına göndərib.