BAKI, 11 sentyabr. TELEQRAF
Ermənistan Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyinin Yaxın Şərq və Afrika Departamentinin rəhbəri Levon Petrosyan Ərbildə İraq Kürd Muxtariyyətinin Xarici Əlaqələr Departamentinin rəhbəri Safin Deza ilə görüşüb.
Teleqraf xəbər verir ki, həmsöhbətlər Kürd Muxtariyyəti ilə ticariiqtisadi əlaqələrin inkişafını və Ermənistandan İraqa ixracın təşviqi, mədəniyyət, turizm, texnologiya və təhsil sahələrində əlaqələrin fəallaşdırılması və əməkdaşlığın dərinləşdirilməsi perspektivlərini müzakirə ediblər.
Ərbilə səfəri çərçivəsində Levon Petrosyan həmçinin İraq Kürdüstanı baş nazirinin xarici işlər üzrə müavininin müşaviri Peşava Məhəmməd, baş nazirinin xarici işlər üzrə baş müşaviri Bayan Sami Əbdül Rəhman və regionun ticarət və sənaye nazirinin müavini Sərvər Kamal Havari ilə görüşüb.