BAKI, 11 sentyabr. TELEQRAF

“ABŞ və İsrailin birgə səyləri sayəsində İranın şər rejimi həmişəkindən daha zəifdir”.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Baş naziri Benyamin Netanyahu Roş ha-Şana bayramı münasibətilə ABŞ Prezidenti Donald Trampa mesajında bildirib.

“Ötən il ərzində ABŞ və İsrail birlikdə hər iki ölkə üçün tarixi irəliləyişə nail oldu, indi İran və onun şər oxu hər zamankından daha zəifdir, həmçinin ABŞ və İsrail arasındakı ittifaq hər zamankından daha güclüdür.

ABŞ Prezidentini şər qüvvənin - İran rejiminin mühasirəyə alınması və dünyanın ən böyük qeyri-sabitlik mənbəyinə qarşı tətbiq edilən iqtisadi təzyiqə görə təbrik edirəm”, - Baş nazir bildirib.