BAKI, 13 sentyabr. TELEQRAF

“Milan”ın əfsanəvi futbolçusu Paolo Maldininin oğlu Daniel Maldini avtomobil qəzasına düşüb.

Teleqraf “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, hazırda “Kalyari”də çıxış edən 24 yaşlı futbolçunun avtomobili yol hərəkəti qaydalarını pozaraq kəsişmədə digər nəqliyyat vasitəsinə yol verməyib.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan birinə hadisə yerində tibbi yardım göstərilib, digər 5 nəfər isə xəstəxanaya çatdırılıb.

Daniel Maldini də əlavə müayinə üçün xəstəxanaya aparılıb və onda ciddi nəsə aşkarlanmayıb.

Qeyd edək ki, Maldini dünən A Seriyasının “Atalanta” ilə matçında penaltidən dəqiq zərbə vuraraq “Kalyari”yə 2:1 hesablı qələbə qazandırıb.