BAKI, 11 sentyabr. TELEQRAF

“Ənsarallah” Hərəkatı (husilər) Yəmənin Bab əl-Məndəb boğazı boyunca yerləşən Zübab liman şəhərini ələ keçirib.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” Yəmən hökumətindəki mənbələrə istinadla məlumat yayıb.

Agentlik bildirib ki, şəhər Pərim adasının qarşısında və Bab əl-Məndəb boğazının yaxınlığında yerləşir.

Yəmən hökumətinin mənbələri Zübab şəhərinə və Pərim adasına nəzarətin ələ keçirilməsinin boğaz üzərində nəzarəti təmin etmək baxımından həlledici olduğunu bildiriblər.