BAKI, 11 sentyabr. TELEQRAF

“İran və Ermənistan arasındakı münasibətlər mehriban qonşuluq siyasəti çərçivəsində böyük əhəmiyyət kəsb edir”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Qafan şəhərinə yeni təyin olunmuş baş konsul Davud Yayci ilə görüşündə deyib.

İranlı nazir tərəflərin maraq dairəsində olan bütün sahələrdə münasibətlərin dərinləşdirilməsinin vacibliyini qeyd edib.

“Bu, xüsusilə iqtisadi və konsulluq sahələrinə aiddir”, - Əraqçi vurğulayıb.