BAKI, 10 sentyabr. TELEQRAF

İranın İsrailə qarşı istənilən hücumuna sərt cavab veriləcək və bu cavab indiyədək hədəfə alınmamış obyektləri, o cümlədən İranın əsas enerji infrastrukturunu da əhatə edə bilər”.

Teleqraf xəbər verir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats deyib.

“Belə bir zərbə İranı onilliklər geriyə atacaq və rejimi daha da sarsıdacaq”, - nazir bildirib.

Kats əlavə edib ki, İsrail ordusu Baş nazir Benyamin Netanyahunun və onun göstərişi ilə yüksək hazırlıq vəziyyətindədir və bu missiyanı yerinə yetirməyə hazırdır.

Müdafiə naziri həmçinin Roş ha-Şana bayramı münasibətilə İrandakı yəhudi icmasına təhlükəsiz il arzulayıb və İran xalqına müraciət edib: “Gələn il Tehranda - repressiya və despotizmdən azad olmuş Tehranda”.