BAKI, 13 sentyabr. TELEQRAF
Sentyabrın 13-ü saat 14:00-a olan məlumata əsasən əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunub. Lakin Lənkəran-Astara zonasında qısamüddətli leysan xarakterli yağış yağıb.
Bu barədə Teleqraf-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, düşən yağıntının miqdarı Lənkəranda 11, Cəlilabadda 10, Astarada 6 mm-dək qeydə alınıb.