BAKI, 10 sentyabr. TELEQRAF

“İran ordusu ABŞ-nin Yaxın Şərq ölkələrindəki mövqelərinə qarşı qəfil hücum əməliyyatlarına hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) general-mayoru Həsən Həsənzadə deyib.

“İran Silahlı Qüvvələri ölkənin istənilən nöqtəsinə sürətlə çatmağa və düşmənin vəziyyətindən asılı olmayaraq onunla üz-üzə gəlməyə hazırdır. Bu, düşmənlərə açıq mesajımızdır”, - SEPAH generalı bildirib.

Həsən Həsənzadə ABŞ Prezidenti Donald Tramp və İsrail Baş naziri Benyamin Netanyahunun İran ordusu ilə bağlı açıqlamalarına da toxunub:

“Tramp və Netanyahu Silahlı Qüvvələrimizi məhv etdiklərini iddia edirdi, amma ordumuz bu gün onların qarşısında əvvəlkindən daha güclü dayanır”.