BAKI, 11 sentyabr. TELEQRAF

Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələri Yəmənin Taiz əyalətinin Moka şəhərinin hava limanına iki hava hücumu həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə “Ənsarallah” Hərəkatının (Husilər) “Saba” informasiya agentliyi məlumat yayıb.

Husi qüvvələrinin bundan əvvəl Qırmızı dəniz sahilində yerləşən Moka şəhərini nəzarətə götürdükləri barədə məlumat yayılmışdı.