BAKI, 31 avqust. TELEQRAF
İsrail Yunanıstan ilə ölkə tarixinin ən böyük təhlükəsizlik sazişlərindən birini imzalayıb.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
O sənədin İsrailin müdafiə və texnologiya sənayesinin imkanlarını bir daha nümayiş etdirdiyini bildirib.
“Bu gün Yunanıstan ilə imzalanan saziş on il əvvəl Yunanıstan və Kiprlə qurduğumuz Şərqi Aralıq dənizi alyansının birbaşa davamıdır. Bu addım İsrailin gücünü, müdafiə ixracatımıza olan inamı və regional ittifaqlarımızın möhkəmlənməsini əks etdirir”, — deyə Netanyahu vurğulayıb.