ŞUŞA, 31 avqust. TELEQRAF
Şuşa-Laçın avtomobil yolunda qazıntı işləri aparılarkən iki nəfər ölüb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə avqustun 30-da Şuşa-Laçın avtomobil yolunun inşası ilə bağlı aparılan işlər zamanı baş verib.
Məlumata görə, yolun tikintisində çalışan “Polat Yol Yapı Sanayi ve Ticaret A.Ş.” şirkətinin əməkdaşları – topoqraf Kənan Hacıyev və onun köməkçisi Polad Məmmədzadə qazıntı işləri zamanı həyatlarını itiriblər.
Faktla bağlı cinayət işi başlanılıb. Hadisənin səbəbləri və digər hallar prokurorluq tərəfindən araşdırılır.
Qeyd edək ki, Polad Məmmədzadə Ağdaş rayonunun, Kənan Hacıyev isə Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsinin sakini olub.