BAKI, 31 avqust. TELEQRAF

İranın Larak adasına hücumdan sonra Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən “Əl-Minhad” bazasında ABŞ ordusuna məxsus helikopterlərin və hərbçilərin yerləşdiyi mövqelər dronlarla hədəfə alınıb.

Teleqraf xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İran İslam Respublikası Ordusu düşmən təhdidi bölgədən aradan qaldırılanadək ölkənin təhlükəsizliyini və davamlı müdafiəsini təmin etmək üçün öz mövqeyində dayanacaq”, - açıqlamada qeyd olunub.

Xatırladaq ki, ABŞ ordusu bundan əvvəl İranın cənubundakı Larak adasında iki raket qurğusuna zərbə endirib. İran buna cavab olaraq, İordaniyadakı ABŞ bazalarına zərbələr endirib.