BAKI, 31 avqust. TELEQRAF

Belçika Polşa, Niderland, İspaniya və İsveçin dondurulmuş 210 milyard avroluq Rusiya aktivlərinin Ukraynaya verilməsi ilə bağlı təşəbbüsünü rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Teo Tranken yerli televiziyaya müsahibəsində bildirib.

O məsələnin müzakirə mövzusu olmadığını və qapıların bağlandığını diqqətə çatdırıb. Nazir xüsusilə Baltikyanı ölkələrə xəbərdarlıq edərək Belçikanı küncə sıxışdırmaq cəhdlərini dayandırmağa çağırıb.

Rusiya məhkəməsinin "Euroclear" mərkəzinə qarşı 220 milyard avroluq iddiasını xatırladan rəsmi Brüssel hüquqi cavab tədbirlərindən ehtiyat edir.

“Sizi əmin edirəm ki, bu mövzu müzakirə olunmur və bu qapı qapadılıb. Baş nazirimiz mövqeyindən geri çəkilməyəcək”, — deyə T.Tranken vurğulayıb.