BAKI, 31 avqust. TELEQRAF
ABŞ Venesuela ilə ölkə tarixinin ən böyük neft müqaviləsinə imza atıb. Saziş çərçivəsində Venesuelanın 65 milyard barreldən çox təsdiqlənmiş neft ehtiyatına nəzarət ABŞ-yə keçib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında paylaşım edib
O bildirib ki, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqset Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigeslə sıx əməkdaşlıq çərçivəsində, özəl sektorun tərəfdaşlığı ilə bu razılaşmanı əldə ediblər.
ABŞ dövlət başçısı bu sazişin Amerika vergiödəyicilərinə heç bir xərc yaratmadığını deyib:
"Bu tarixi əməliyyat ABŞ-nin neft ehtiyatlarını iki dəfədən çox artırır, təchizatımızı əhəmiyyətli dərəcədə yüksəldir və uzunmüddətli perspektivdə bütün amerikalılar üçün yanacağın qiymətini ciddi şəkildə azaldacaq. Eyni zamanda Venesuelanın böyük uğur və rifah yolunda irəliləməsinə kömək edəcək".