BAKI, 31 avqust. TELEQRAF

“ABŞ İranın İordaniyada yerləşən ABŞ qüvvələrinə hücumuna cavab verəcək”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a deyib.

“Onları çox sərt vuracağıq. Cavabımız olacaq”, - Amerika lideri bildirib.

Trampın sözlərinə görə, bir raket istisna olmaqla, bütün raketlər ABŞ ordusunun hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib: “Həmin bir raketin mühüm hədəfə dəyməyəcəyi bəlli olduqdan sonra onun hava məkanından keçməsinə icazə verilib”.

ABŞ Prezidenti həmçinin vurğulayıb ki, İran danışıqları bərpa etməyi çox istəsə də, razılaşmaya nail olmaq məsələsində Tehrana güvənmir.

Donald Tramp əlavə edib ki, ABŞ-nin İrana qarşı tətbiq etdiyi mövcud sanksiyalar ciddi şəkildə təsir göstərir.