BAKI, 31 avqust. TELEQRAF

İraq hökuməti ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyanın bəzi bölmələrinin ölkədəki bütün xarici qoşunların çıxarılması üçün Baş nazir Əli əl-Zeydi tərəfindən müəyyən edilmiş 30 sentyabr tarixindən sonra saxlanılması təklifini rədd edib.

Teleqraf xəbər verir ki, bu barədə İraq hökumətinin mətbuat katibi Heydər əl-Əbudi bildirib.

“Baş naziri Əli əl-Zeydi 30 sentyabrdan sonra ölkədə bəzi beynəlxalq koalisiya qüvvələrinin saxlanılması təklifini rədd edib”, - o deyib.

Əl-Əbudi hansı dövlətin və ya ölkələr qrupunun belə bir təşəbbüs irəli sürdüyünü dəqiqləşdirməyib.

Əli əl-Zeydi iyul ayında beynəlxalq koalisiyanın kontingentinin İraqdakı missiyasını sentyabrın 30-da başa vuracağını açıqlayıb. O vurğulayıb ki, İraq ordusu artıq ölkəni müstəqil müdafiə etməyə qadirdir.

İraq Baş naziri həmçinin İranın proksi qüvvələri də daxil olmaqla, ölkədəki bütün silahlı qruplaşmaların tərksilah edilməsi və silahları dövlət təhvil vermələri barədə 30 sentyabradək vaxt verib. Bu baş verməyəcəyi təqdirdə o, dövlətin sərt tədbirlərə əl atacağını bəyan edib.