BAKI, 31 avqust. TELEQRAF
Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın “Rakuv” klubu baş məşqçi David Kroçeklə yollarını ayırıb.
Teleqraf xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, 37 yaşlı polşalı mütəxəssis uğursuz nəticələrdən sonra öz istəyi ilə tutduğu vəzifədən istefa verib.
Qeyd edək ki, cəmi bu ilin may ayında komandanın başına gətirilən D.Kroçekin rəhbərliyi altında "Rakuv" yeni mövsümə son dərəcə bərbad başlayıb və Ekstraklasada keçirdiyi ilk 4 qarşılaşmanın hamısında meydanı məğlub tərk edib.