BAKI, 31 avqust. TELEQRAF

Məkkə Müqaviləsi çərçivəsində üç ölkənin fəaliyyətini dəstəkləmək üçün Səudiyyə Ərəbistanı Krallığında Baş katibin rəhbərlik edəcəyi katiblik təsis ediləcək.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat paylaşıb.

Məlumata görə, Katibliyə ilk 3 illik müddətə Pakistan İslam Respublikasından olan Baş katib rəhbərlik edəcək.

Sənədə əsasən, üç ölkə müdafiə sənayesi sahəsində sıx əməkdaşlıq, birgə istehsalat və texnologiyaların inkişafı vasitəsilə müdafiə qabiliyyətini və silahlı qüvvələrin birliyini gücləndirmək üçün birgə fəaliyyət həyata keçirəcək.