BAKI, 31 avqust. TELEQRAF

“Hörmüz boğazı ətrafındakı qeyri-sabitliyin yeganə səbəbi ABŞ-nin Yaxın Şərqdəki fəaliyyətləridir”.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

“Regionda dəniz yollarında qeyri-sabitliyi müəyyən edən yeganə amil fevralın 28-dən başlayan ABŞ və İsrailin qanunsuz fəaliyyətləridir”, - nazirlik qeyd edib.

XİN vurğulayıb ki, İran ABŞ-nin bütün addımlarına “sarsıdıcı zərbə” ilə cavab verəcək.

Xatırladaq ki, ABŞ ordusu bundan əvvəl İranın cənubundakı Larak adasında iki raket qurğusuna zərbə endirib. İran buna cavab olaraq, İordaniyadakı ABŞ bazalarına zərbələr endirib.