BAKI, 31 avqust. TELEQRAF

Rusiya Ukrayna münaqişəsini başa çatdırmaq üçün səylər göstərir.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin ŞƏT sammiti çərçivəsində Hindistanın Baş naziri Narendram Modi ilə keçirilən görüşdə bildirib.

Görüş zamanı Ukrayna mövzusuna toxunan N.Modi bütün problemlərin dinc yolla həll edilməsinin vacibliyini bildirib və tərəfləri bu istiqamətdə addımlamağa çağırıb. Hindistan hökumətinin rəhbəri bu məsələləri müzakirə etməyi təklif edib və V.Putinin sentyabrda Yeni Dehlidə keçiriləcək BRİKS sammitinə gözlənilən səfərindən danışıb.