BAKI, 31 avqust. TELEQRAF
Argentina milli komandası və ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Lionel Messi milli komandadakı karyerasını başa vurub.
Teleqraf xəbər verir ki, 39 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Final matçından sonra xeyli düşündüm və hamıya milli komandadan ayrıldığımı bildirmək istəyirəm. Bu, çətin və ağrılı qərar oldu, lakin vaxtın çatdığını anlayıram. Sizi əmin edirəm ki, hər zaman — təkcə son illərdə hər şeyi qazandığımız vaxtlarda yox, əvvəllər də bu forma üçün var gücümlə mübarizə aparmışam”, — deyə L.Messi qeyd edib.
Qeyd edək ki, Messi 2005-ci ildə debüt etdiyi Argentina millisində keçirdiyi 207 oyunda 125 qol vurub. O, yığmanın heyətində 2022-ci ildə dünya çempionu, 2021 və 2024-cü illərdə isə Amerika Kubokunun qalibi olub.