SUMQAYIT, 31 avqust. TELEQRAF

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə yaşayış evlərindən birində baş verib.

İlkin məlumata görə, evdə ata və oğlu arasında mübahisə yaranıb. Mübahisə zamanı 1955-ci il təvəllüdlü Novruzov Nadir Hacı oğlu 1998-ci il təvəllüdlü oğlu Təhmasib Novruzova bıçaqla xəsarət yetirib.

Xəsarət alan şəxs tibbi yardım üçün xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, Nadir Novruzov əvvəllər məhkumluq həyatı yaşayıb.

Hadisənin təfərrüatları və mübahisənin başvermə səbəbləri araşdırılır.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə oğlu, 28 yaşlı T.Novruzova bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən 71 yaşlı N.Novruzov müəyyən olunaraq saxlanılıb.